Erməni qoşunları torpaqlarımızdan çıxarılmalıdır! – Yeni əməliyyat…

Erməni qoşunları torpaqlarımızdan çıxarılmalıdır! – Yeni əməliyyat…

Müharibəni başa çatdıran 10 noyabr razılaşmasının imzalanmasından iki il ötür:

– 4-cü bənd: erməni qoşunların Qarabağdan çıxarılması;

– 9-cu bənd: Naxçıvana maneəsiz keçidin təmin edilməsi;

Üçtərəfli bəyanatın ən çox müzakirə edilən və Ermənistan tərəfindən icra edilməyən iki əsas bəndi budur.

Razılaşmanın 6-cı bəndi – Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi bu ilin avqustda həyata keçirildi, lakin bu, İrəvan tərəfindən anlaşmanın icrası yox, Bakınının məcbur etməsinin nəticəsi idi: Azərbaycan “Qisas” əməliyyatı ilə dəhlizin marşrutunun dəyişdirilməsinə nail oldu və Laçın şəhərinin mərkəzinə də nəzarət bərpa edildi;

Proseslər növbəti əməliyyatlara da zərurətin yarana biləcəyi yönündə inkişaf edir. Xüsusilə erməni qoşunların Azərbaycan torpaqlarından tam çıxarılması üçün məcburetmə əməliyyatı yeganə seçim olaraq görünür. Əliyevin son açıqlaması da bu gözləntini artırır.

Razılaşmanın imzalanmasından ötən iki il ərzində Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərlə bağlı üç istiqamətində irəliləyiş əldə edib:

– Hərbi: Fərrux və Qisas əməliyyatı ilə Xankəndi ətrafında halqa daralıb, əsas strateji nöqtələrin Azərbaycan ordusunun nəzarətində olması həm psioxoloji üstünlük, həm də mümkün əməliyyatlar üçün önəmlidir;

– Kommunikasiya: Laçın dəhlizinin marşrutunun dəyişməsindən sonra ermənilərin yaşadığı ərazilərə gedən qaz, elektrik enerjisi və digər nəqliyyat xətlərinə nəzarət güclənib; ötən qış baş verən qəza nəticəsində Xankəndinin qaz təchizatının kəsilməsinin yaratdığı nəticələr də bunu təsdiq etdi;

– Siyasi: həm Qərb, həm Rusiya masasından Qarabağ mövzusu çıxarılıb, “Qarabağ münaqişəsi”nin bitdiyi, ermənilərin Azərbaycan vətəndaşı olaraq bölgəyə yaşaya biləcəyi mövqeyi güclənib;

Proseslərin mürəkkəbliyi və geosiyasi oyunçuların bölgədə məhz Qarabağ üzərindən hərəkət etməsi fonunda diqqətçəkən nəticələrdir.

Və proseslərdən çıxan bir nəticə də var: Qarabağa nəzarəti tam bərpa etmək üçün ordunun kazarmalardan çıxması zərurəti yaranacaq, nə ermənilər, nə ruslar başqa çıxış yolu qoymur.

Teqlər: