Fransanın cənubunda etiraz aksiyası zamanı bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasının təfərrüatı bəlli olub.
AzerTimes xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Məlumata görə, aksiyada iştirak edən üç fermeri vuran avtomobildə Ermənistandan olan qanunsuz miqrantlar olub.
Qəzet yazır ki, qəzanı törədən Ermənistandan olan üç mühacir 2022-ci ildə qaçqın statusu istəyib. 2023-cü ilin payızında isə həmin miqrantların müraciətindən imtina edilib və ölkəni tərk etmələri tələb olunub.
Qeyd edək ki, Fransanın cənubundakı Aryex departamentindən keçən N20 avtomobil magistralında fermerlərin etiraz aksiyası zamanı baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə nəticəsində qadın ölüb, onun həyat yoldaşı və qızı isə ağır yaralanıb.