Erməni politoloqlar debatdan sonra əlbəyaxa dava etdi

Erməni politoloqlar debatdan sonra əlbəyaxa dava etdi

Erməni politoloqlar Suren Saakyan və Areq Koçinyan İctimai Televiziyada debatdan sonra dava ediblər.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Məlumata görə, televiziya binasının həyətində baş verən dava o qədər ciddi olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırmaq lazım gəlib.

Saakyan mediaya bildirib ki, davaya səbəb televiziya verilişi zamanı Areq Koçinyanın onun ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan insident faktını təsdiqləyib. Onun sözlərinə görə, iştirakçılar bir-birinin əleyhinə ifadələr yazıblar və bu ifadələr Ermənistanın İstintaq Komitəsinə göndərilib.

Teqlər: