Erməni politoloq: Savaş ərəfəsindəyik, bu dəfə Türkiyə…

Erməni politoloq: Savaş ərəfəsindəyik, bu dəfə Türkiyə…

Mövcud vəziyyət, inkişaflar və səhvlər potensialı baxımından 2020-ci ildəki müharibədən əvvəlki vəziyyətə bənzəyir.

AzerTimes xəbər verir ki, bu sözləri “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan bu gün İrəvanda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, o zaman da insanlar xəbərdarlıq ediblər ki, fəlakət yaxınlaşır:

“Lakin onun qarşısını almaq mümkün olmadı. Bu dəfə eyni inkişafın qarşısını almaq üçün hər şeyi etməliyik”.

Ekspert qeyd edib ki, Ermənistan sürətlə müttəfiqlərini və təhlükəsizlik sistemini itirir, düşmən Bakı isə eyni intensivliklə, xüsusən də Rusiya, Qərb, Çinlə əlaqələr qurur və İranla münasibətlərin ciddi inkişafı planlaşdırılır:

“Məsələ qərbpərəst və ya rusiyapərəst siyasət yürütmək deyil, rasional siyasət yürütməkdir. Səhvlərimizə görə biz nəzarətdə olan Ermənistan-Azərbaycan münaqişəsini Ermənistan-Türkiyə münaqişəsinə çevirə bilərik”.

Teqlər: