Ermənistan polisi gecə qanunsuz olaraq 4 gənc fəalı saxlayıb.
AzerTimes xəbər verir ki, bunu erməni vəkil Ovanes Xudayan deyib.
“Bu gün axşam saatlarında daha bir polis cinayəti baş verib. “Əməliyyat məlumatları”nın növbəti saxtalaşdırılması nəticəsində dörd gənc fəal qanunsuz silah saxlamaqda şübhəli bilinərək saxlanılıb, onlardan ikisi həbs edilib. Onlar artıq həddini aşdıqları üçün yaxın vaxtlarda əməliyyat məlumatlarını saxtalaşdıran polis əməkdaşlarına qarşı protokol tərtib olunacaq. Gənclər heç bir qanunsuz hərəkətə yol verməyiblər və vətəndaş mövqeyini müdafiə etdiklərinə görə təqib olunurlar”, – Xudayan bildirib.