Erməni peyki heç foto da çəkə bilmir – Mikaelyan

Erməni peyki heç foto da çəkə bilmir – Mikaelyan

Ermənistanın kosmosa göndərdiyi “Hayasat 1” kimi peykləri İsraildə şagirdlər hazırlayır.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın V.A.Ambartsumyan adına Byurakan Astrofizika Rəsədxanasının direktoru Areq Mikaelyan deyib.

Onun sözlərinə görə, belə bir peykin kosmosa buraxılması cəmi 2 min 700 dollara başa gəlir:

“Təbii ki, qiymət həcmdən və çəkidən asılı olaraq dəyişir. Bəs bu peykin funksiyası nədir? Heç bir xüsusi funksiyası yoxdur, hətta bu peykdə quraşdırılan fotoaparatların dəqiqliyi və gücü o qədər zəifdir ki, onlara xüsusi ehtiyac yoxdur. Ciddi peyklər 100, 120, 150 milyon dollara başa gəlir. Bizim hökumət də Azərbaycan kimi müəyyən funksiyaları yerinə yetirə bilən ciddi peyki olması barədə düşünməlidir. Bu addımları sürətləndirmək lazımdır. 10 ildir ki, Ermənistan kosmik fəaliyyətlə məşğul olduğunu bəyan edir, amma nəticə yoxdur. O vaxt Azərbaycanın bir peyki var idi, indi isə onların sayı 3-dür. Ciddi peyklərdən hərbi məqsədlər üçün də istifadə oluna bilər. Azərbaycan kosmosda cərəyan edən fəaliyyətlərin perspektivli olduğunu başa düşdü. Azərbaycanda anladılar ki, öz peykinə sahib olmaq bu xidmətləri başqalarından almaqdan qat-qat ucuz başa gəlir”.

Teqlər: