Ermənistan parlamenti bir ay ərzində təxminən 4 milyon dram (10 min dollardan bir qədər çox) dəyərində konyak alıb.
AzerTimes bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, 1-31 iyul tarixlərində xarici nümayəndə heyətlərinin qəbulu və xarici səfərlərin təşkili üçün 3,88 milyon dram dəyərində konyak alınıb:
“Konyak “Vino Vino” şirkətindən alınıb. Aprel ayında isə həmin şirkətdən 10,7 milyon dramdan çox məbləğdə konyak alınıb. İyun ayında Ermənistan parlamenti “Noas Orçards Distillinq Kompani”dən təxminən 2 milyon dram dəyərində araq alıb. Paşinyanın komandası büdcə vəsaitlərini məqsədəuyğun olmayan şəkildə xərcləyir, baxmayaraq ki, Nikol vaxtilə buna görə əvvəlki hakimiyyəti günahlandırmışdı”.