Ermənistan Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəis müavini, polkovnik Samvel Movsisyan həmin idarənin rəisi, eləcə də Ermənistan Baş Qərargah rəisinin müavini təyin edilib.
AzerTimes xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçatryan fərman imzalayıb.
Digər qərarla Baş Qərargah rəisinin müavini Arakel Martikyan Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib.
Xatırladaq ki, Ermənistanda bir ilə yaxın idi ki, kəşfiyyat rəhbəri yox idi. Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi 2021-ci ilin avqustundan 2022-ci ilin fevralınadək bu vəzifəyə təyin olunmuş general-mayor Araik Arutyunyan olub.