2023-cü ilin 1-ci yarısında qoşunların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və yekunlaşdırılması çərçivəsində Ermənistan Baş Qərargah rəisi, müdafiə nazirinin 1-ci müavini, general-mayor Edvard Asryan tərəfindən kompleks yoxlamalara başlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qoşunların döyüşə hazırlığı, döyüş qabiliyyəti, idarə edilməsi və təminatının təşkili yoxlanılıb.
Yoxlamalara bütün qüvvələrin, hərbi hissələrin və xüsusi təyinatlıların qüvvə və vasitələri cəlb olunub.