Erməni ordusunda islahatlara yardıma hazırıq – Alman nazir

Erməni ordusunda islahatlara yardıma hazırıq – Alman nazir

Almaniyaya işgüzar səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan və Almaniyanın milli müdafiə naziri Boris Pistorius arasında qısamüddətli görüş keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Papikyan və Pistorius Ermənistan-Almaniya əməkdaşlığının hazırkı mərhələsini müzakirə edib və əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Nazirlər həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin vacibliyini qeyd ediblər. Almaniya tərəfi Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlara yardım etməyə hazır olduğunu bildirib.

Teqlər: