Ermənistan ordusu mayın 14-də strateji komanda-qərargah təlimlərinə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təlimin məqsədi ordunun dislokasiya planlarının və döyüş yerləşdirilməsinin praktiki icra vəziyyətinin yoxlanılması, cəlb edilmiş qüvvələrin, vasitələrin və idarəetmə orqanlarının döyüş (nəzarət) imkanlarının öyrənilməsi, o cümlədən müxtəlif hərbi hissə və bölmələrin qərargahları arasında qarşılıqlı əlaqə, zabitlərin döyüş əməliyyatlarının hazırlanması və aparılması bacarıqlarını inkişaf etdirmək, döyüş əməliyyatlarının ahəngdarlığının artırılmasıdır.
Canlı atəş avtomatik idarəetmə sistemləri və müasir avadanlıqlardan istifadə edilməklə həyata keçiriləcək.