İrəvanın xüsusi bir şeyə hazırlaşdığını düşünmürəm.
Bunu AzerTimes-a açıqlamasında gürcü politoloq Gela Vasadze Ermənistanın Azərbaycanla şərti sərhədində erməni qoşunlarının fəaliyyətini şərh edərkən deyib.
“Bütün gərgin vəziyyət Brüsseldə gözlənilən Ermənistan-AB-ABŞ görüşü ilə bağlıdır. Təbii ki, proksi təxribatlar mümkündür, lakin bu, yalnız xoşagəlməz hadisələrə səbəb ola bilər. AB-nin İrəvandakı missiyasının qeyri-adi hərbi hərəkəti qeydə almadıqları barədə bəyanatına gəlincə, deyə bilərəm ki, AB missiyası və Azərbaycanın sadəcə olaraq eskalasiyanın nə olduğu barədə fərqli fikirləri var”, – o bildirib.
Vasadze Rusiya ilə Ermənistan arasındakı son gərginliyi nəzərə alaraq, Moskvanın baş verən hər şeyə reaksiyasına da toxunub:
“Moskva həmişə gözlənilməzdir, amma düşünürəm ki, reaksiya olarsa, bu, proksi səviyyəsində olacaq”.
Bakının İrəvandan gözlənilən təxribatlara reaksiyasına gəlincə, o, qeyd edib ki, Azərbaycan lazımi şəkildə hərəkət etməlidir:
“Bakı döyüş hazırlığını gücləndirməli, rabitə kanallarını açıq saxlamalıdır”.