Erməni ordusu Naxçıvanla sərhəddə nə tikir?

Erməni ordusu Naxçıvanla sərhəddə nə tikir?

Ermənistan müdafiə naziri Suren Papikyan sərhəd xəttinin cənub-qərb (Naxçıvan sərhədi – red.) hissəsinə gəlib, döyüş mövqelərinə baxış keçirib.

AzerTimes Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüş növbətçiliyinə baxış keçirən nazir şəxsi heyətlə də söhbət edib.

Hərbi hissə komandirləri sərhəddəki vəziyyətlə bağlı nazirə məlumat veriblər.

Papikyan şəxsi heyətin döyüş hazırlığının səviyyəsi, məişət şəraiti ilə maraqlanıb, təhlükəsizlik qaydalarına riayət olunması istiqamətində görülən işlər barədə məruzələri dinləyib.

Müdafiə naziri həmçinin cəbhə xəttində yeni infrastrukturun qurulması istiqamətində aparılan genişmiqyaslı işləri də müşahidə edib.

Teqlər: