Erməni ordusu acınacaqlı vəziyyətdədir: Nə hamam, nə tualet…

Erməni ordusu acınacaqlı vəziyyətdədir: Nə hamam, nə tualet…

Araşdırmaçı erməni jurnalist Qayana Zərgəryan növbəti dəfə Ermənistan ordusunda hökm sürən xaosdan danışıb və müdafiə naziri Suren Papikyanın fəaliyyətini kəskin tənqid edib.

AzerTimes xəbər verir ki, bu barədə jurnalist öz Feysbuk səhifəsində müvafiq videomüraciət yayıb.

O bildirib ki, Ermənistan müdafiə naziri Suren Papikyan və rüşvət müqabilində sağlamı xəstə, xəstəni sağlam kimi qeydiyyata alıb xidmətə göndərən zabitlər ordunu xarabazara çevirirlər. Jurnalist müraciəti zamanı sual da verib: Baş nazir Paşinyan Ermənistan Müdafiə Nazirliyinin tələbi ilə ordunu hər hansı maddi vəsaitlə təmin etməyə hazır olduğunu bəyan edirsə, niyə bu problemlər hələ də həllini tapmayıb?

“Belə çıxır ki, sizdən biriniz xalqa yalan danışır. Çünki ya Suren Papikyan tələb etmir, ya da Paşinyan təmin etmir. Sizlərdən hansınız bu oyunları oynayır?” – o qeyd edib.

Zərgəryanın sözlərinə görə, hazırda Ermənistan ordusunda vəziyyət elədir ki, zabitlər bütün günahı əsgərlərin üzərinə atmağa çalışırlar:

“Müdafiə Nazirliyinin məsul şəxslərinə nə qədər müraciət edilib, neçə dəfə məruzə edilib, min dəfə də məsələ qaldırılıb ki, Basarkeçər (Vardenis) ərazisində əsgərlərin adi yaşayış şəraiti, tualet, duş kabinəsi yoxdur. Əsgərlər hərbi hissələrin təchizat otaqlarında sərxoş zabitlər tərəfindən döyülür, çünki onların geyimləri çirklidir. Əsgərlər təbii ehtiyacları üçün 400 metrdən çox məsafədə yerləşən kəndə gedirlər. Bu barədə əsgərlərin valideynləri danışırlar. İndi siz bu problemlərin həllini əsgərlərə həvalə etmisiniz, Papikyan? Buna görə əsgərləri xidmətə çağırırsınız? Əsgərlər, mal-qara kimi, çimmək üçün açıq maşınlarda bir neçə kilometr məsafəyə daşınırlar. Belə hamamdan sonra əsgərlər geri qaytarılır, onların səhhətində problemlər yaranır”.

Teqlər: