Erməni nazir sərhədimizə gəldi

Erməni nazir sərhədimizə gəldi

Ermənistanın müdafiə naziri Suren Papikyan sərhədin şimal-şərq istiqamətindəki hərbi hissəyə baş çəkib.

AzerTimes erməni mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində Papikyan xidmətin məişət şəraiti və döyüş növbətçiliyinin təşkili ilə tanış olub.

O, həmçinin təlim və məşğələləri müşahidə edib, hərbi qulluqçularla görüşüb, onların müxtəlif məsələlərlə bağlı fikirlərini dinləyib, problemləri müəyyənləşdirib.

O, həmçinin zabitlərlə də ayrıca görüş keçirib.

Teqlər: