İrəvanda parlament qarşısında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirilir.
AzerTimes xəbər verir ki, mitinqə toplaşanlar Paşinyanı satqınlıqda günahlandırır və onu Azərbaycanla gizli razılaşmada ittiham edirlər.
Mitinq təşkilatçıları etirazları davam etdirməyin vacibliyini bildirib, bütün dövlət qurumlarına girişi bloklamağa çağırış ediblər.
Qeyd edək ki, mitinqdə hərəkata rəhbərlik üstündə qalmaqal yaranıb. Mitinq təşkilatçılarından Qarabağda öldürülmüş erməni əsgərin anası Karin Tonoyan bildirib ki, bu tribuna kiminsə mülkü deyil və müxalifət hərəkatına kimin rəhbərlik etməli olması ilə bağlı çıxışlar tamamilə yersizdir. Onun sözlərinə görə, hərəkatı bu və ya digər siyasi qüvvə ilə əlaqələndirmək cəhdləri uğursuzluğa məhkumdur.