Erməni müxalifəti sabah da mitinq keçirəcək

Erməni müxalifəti sabah da mitinq keçirəcək

Ermənistan müxalifəti iyunun 4-də İrəvanın Fransa meydanında növbəti mitinq təyin edib.

AzerTimes xəbər verir ki, bu barədə “Müqavimət” hərəkatının rəhbəri İşxan Saqatelyan deyib.

O bildirib ki, sabah yerli vaxtla saat 19:00-da yekun nəticə və bu gün baş verənlər qiymətləndiriləcək:

“Xeyli vətəndaş xəsarət alıb. Biz onların sayını dəqiqləşdirib, onlara baş çəkəcəyik, sonra baş verənlərə, eləcə də polisin hərəkətlərinə siyasi qiymət verəcəyik”, – Saqatelyan bildirib.

Qeyd edək ki, bu gün İrəvanda baş verən qarşıdurmada ən azı 35 nəfər yaralanıb.

Teqlər: