Müxalifət Ermənistan parlamentində bütün vəzifələrdən (komissiya sədrləri və müavinləri) imtina edəcək.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətdən olan artıq keçmiş vitse-spikeri İşxan Saqatelyan deyib.
“Biz hər şeyi onlara veririk, qoy istədiklərini etsinlər. Biz bunu elə xırda məsələ hesab edirdik ki, indiyədək də fraksiya miqyasında müzakirə aparmamışıq. Namizəd irəli sürməyəcəyik. Həmkarlarımız yəqin ki, müxalifətin tutduğu digər inzibati vəzifələrdən imtina edəcəklər”, – o bildirib.
Qeyd edək ki, İ.Saqatelyan vəzifəsindən istefa verdiyini elan edib.