Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana qarşı silsilə aksiyaları davam etdirmək qərarı verib.
AzerTimes xəbər verir ki, “Müqavimət” hərəkatına liderlik edən Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan sabahkı mitinqin ənənəvi olaraq axşam saatlarında deyil, 10:00-da başlayacağını elan edib.
O bildirib ki, aksiya AB-nin İrəvandakı nümayəndəliyinin qarşısında keçiriləcək.
İ.Saqatelyan AB-ni ikili stardartlarda ittiham edib. Onun sözlərinə görə, Paşinyan iqtidarı mitinq iştirakçılarına zor tətbiq etsə də, AB susmağa üstünlük verir və Nikolu dəstəkləyir.
Aksiyaçılar AB diplomatları ilə görüş də tələb ediblər.