Erməni məhsulları saxlanıldı

Erməni məhsulları saxlanıldı

Dövlət Sərhəd Xidməti tərəfindən aprel ayında dövlət sərhədini pozduqlarına görə 40 nəfəri saxlanılıb. DSX-nin saytında verilən məlumata görə, onların 13-ü Azərbaycan, 5-i İraq, 4-ü Özbəkistan, 4-ü Tacikistan, 3-ü Pakistan, 3-ü İran, 2-si Gürcüstan, 2-si Nigeriya, 2-si Qana, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən 672 halda 854 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 323 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 kq 046,3 qram narkotik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ümumi dəyəri təqribən 555 min 368 manat olan qaçaqmal, o cümlədən 2 tüfəng, 1 tapança, 2 pnevmatik tapança, 3 tank əleyhinə mina, 775 patron, 1 tapança darağı, 1 ov bıçağı, 1 optik cihaz, 1 kompas, 710000 Rusiya Federasiyası rublu, 4980 qram civə, 44 gümüş əşya, 10 qayıq, 7 elektron kassa aparatı, 12 kiloqram zəli, 14171 qutu siqaret, 79 mobil telefon, 15660 müxtəlif növ dərman preparatları, 17 Ermənistan istehsalı olan spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.