Erməni lobbisinin məqsədi budur – Çelik

Erməni lobbisinin məqsədi budur – Çelik

Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin qarşısını almaqdır.

AzerTimes “TurkicWorld”a istinadən xəbər verir ki, bu barədə bu barədə AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.

Çelik qeyd edib ki, “Disney” platforması erməni lobbisinin təzyiqinə məruz qalaraq “Atatürk” serialını efirə vermədən ləğv edib:

“Sözügedən platformanın bu münasibəti Türkiyə Cümhuriyyətinin və millətimizin dəyərlərinə hörmətsizlikdir. Əvvəllər də müxtəlif hallarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma soyqırım şəbəkəsi tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir”.

O bildirib ki, bu şəbəkələrin fəaliyyətləri Atatürk və Türkiyə Cümhuriyyətinə zərər yetirə biləcək gücdə deyil.

Teqlər: