Erməni lobbisinin fəaliyyətini ifşa edən film – Video

Erməni lobbisinin fəaliyyətini ifşa edən film – Video

CBC telekanalının çəkiliş qrupu Parisdə olub və Azərbaycana qarşı yönələn 700 minlik diasporun destruktiv fəaliyyətini ifşa edən “Fransada erməni lobbiçiliyi necə işləyir?” adlı film hazırlayıb.

AzerTimes xəbər verir ki, filmin müəllifi Anastasiya Lavrina Beşinci respublikada erməni lobbisinin, nəzarətdə saxlanılan media qurumları və təşkilatlarının iş prinsiplərindən danışan keçmiş və fəaliyyətdə olan siyasi xadimlərlə, rəsmi şəxslərlə söhbətləşib.

Film artıq Fransa Prezidentinin ən böyük ifşası adlandırılır, çünki burada Emmanuel Makronun Yelisey sarayının xarici siyasət kursunu diktə edən müəyyən şəxslərlə əlaqəsinə dair təkzibedilməz sübutlar da təqdim olunur.

Kinolent, həmçinin erməni diasporunun fəaliyyətinin Fransanın özünün maraqlarına necə zidd olduğundan bəhs edir və Parisin Ermənistana nə üçün silah tədarük etdiyini və baş nazir Paşinyanı Rusiyaya qarşı çevirdiyini izah edir.

Teqlər: