Erməni KİV-dən şok iddia: Araik buna hazırlaşır

Erməni KİV-dən şok iddia: Araik buna hazırlaşır

Qarabağdakı qanunsuz silahlı birləşmələrin rəhbəri, separatçı Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın açıq şəkildə əleyhinə olsa da, onun gizli tərəfdarlarından biridir.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Arutyunyan reallığı təqdim edərək və mötərizələr açaraq “artsax” teleşirkətinə eksklüziv müsahibə verəcəyini açıqlayıb. Bəziləri bu bəyanatı və onun son addımlarını Arutyunyanın Azərbaycanla dialoqda bəzi məsələlərdə güzəştə getməyə hazır olduğunu göstərir. Artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri olmadığı üçün başa düşürlər ki, Qarabağda qalan ermənilərlə nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər”, – məlumatda deyilib.

Qeyd olunur ki, separatçılar yaxın gələcəkdə bu istiqamətdə müzakirə və qərar verəcək başqa bir “qurum” yaradacaqlar.

Teqlər: