Erməni kilsəsinin “1700 illik tarixi” mifdir – Torosyan

Erməni kilsəsinin “1700 illik tarixi” mifdir – Torosyan

Ermənistan parlamentinin hakim Mülki Müqavilə Partiyasından olan deputatı Arsen Torosyan ölkədəki xristian kilsəsinin 1700 illik tarixini mif hesab edir.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

O, kilsəni erməni dövlətçiliyini məhv etməkdə ittiham edib:

“Ölkəmiz bu fırtınalı dənizdə üzmək üçün 100 ildən artıq davam edən mif və stereotipləri məhv etməli, eləcə də 1700 illik mifi tamamilə aradan qaldırmalıdır. Əslində o, dövlətçilik yaratmaqla buna qismən nail olub”.

Paşinyanın partiyadaşı hesab edir ki, kilsə daxili və xarici qrup maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir.

Teqlər: