Erməni kilsəsi qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir – QMİ sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Erməni kilsəsi qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, erməni din xadimləri bir əlində xaç, bir əlində silah müharibəyə çağırışlar edir.

AzerTimes-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik Patriarx Varfolomeylə görüşdə deyib.

Şeyxülislam A.Paşazadə ümid etdiyini bildirdi ki, erməni katolikosu dini liderə yaraşan, mənəvi öhdəliklərinə uyğun şəkildə müharibə deyil, sülhü və dialoqu təşviq edəcək, sülhpərvər və humanist ideyaları təbliğ edəcək, dini müstəvidə nifrət çağırışlarından çəkinəcək.

Teqlər: