Kanadada nəşr olunan həftəlik “Armenian Mirror-Spectator” qəzeti 2013-cü il 20 iyul tarixli nömrəsində Erməni Apostol Kilsəsinin Kanada yeparxiyasının o vaxtkı nümayəndəsi Baqrat Qalstanyanın fəaliyyətinin biabırçı təfərrüatını təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə “Baqramyan26” Teleqram kanalında məlumat dərc olunub.
Məqalədə bildirilir ki, Qalstanyan əvvəlcə Kanada yeparxiyasını xeyli borcla nəticələnən şübhəli maliyyə sxemlərinə cəlb edib, sonra isə borcları ödəmək üçün Kvebekdə kilsəni girov qoymağa çalışıb.
Qeyd olunur ki, Qalstanyanın macəraları bununla bitmir. O, bir neçə şəriki ilə gizli və qeyri-qanuni olaraq girov müqabilində danışıqlar aparıb. Fövqəladə ümumi yığıncağın çağırılmasını tələb edən və qanunsuz gizli danışıqların üstünü açan vicdanlı vətəndaşların operativ müdaxiləsi sayəsində proses dayandırılıb. Üstəlik, Qalstanyan Lavaldakı Müqəddəs Xaç kilsəsinin vəsaitlərini mənimsəməkdə ittiham olunub. Hazırda kilsənin borcu 1 milyon dolları ötür. Baş verənlər haqqında ətraflı hesabat Laval kilsə şurasının yeparxiya şurası və qəyyumlarla birgə iclasında təqdim edilib.