

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentin kiçik iclas zalındakı çıxışına mətbuat nümayəndələri buraxılmayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Məsələ burasındadır ki, parlamentin daimi komissiyalarında “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın ilkin müzakirələri başlayıb. Müzakirə deputatların, Mərkəzi Bankın nümayəndələrinin, hökumət üzvlərinin iştirakı ilə keçirilir. Hazırkı hakimiyyət tərəfindən mətbuat nümayəndələrinə qarşı oxşar münasibət əvvəllər də olub”, – məlumatda qeyd olunub.