

Erməni əsilli iş adamı, bloger Areq Şepixin Moskva məhkəməsi tərəfindən ekstremizm işi üzrə 2 ay müddətinə həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Belə ki, cinayət işinin başlanmasına səbəb Şepixinin çeçenlərə və müsəlmanlara qarşı təhqiramiz ifadələr işlətdiyi videolar olub.
Qeyd edək ki, iyunun 3-də Moskvanın mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında erməni Areq Samveloviç Şepixin çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı. O, islam dininə və çeçenlərə qarşı təhqir və söyüş videoları ilə tanınır.