Erməni idmançı ölkəsi adına döyüşməkdən imtina etdi

Erməni idmançı ölkəsi adına döyüşməkdən imtina etdi

Ermənistan boksçusu Erik İsraelyan öz ölkəsinin bayrağı altında döyüşməkdən imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dövlət orqanlarının laqeyd münasibətindən dolayı belə addım atıb:

“Dünya və Avropa çempionatlarında qazandığım qələbələrdən sonra İrəvana qayıdarkən federasiya nümayəndələri məni hava limanında qarşılamadılar, hətta təbrik belə etmədilər”.

İsraelyan gələcəkdə başqa ölkənin bayrağı altında yarışmaq niyyətində olduğunu söyləyib.

Teqlər: