Erməni hərbçilərin yaxınları İrəvanda yolu bağladı

Erməni hərbçilərin yaxınları İrəvanda yolu bağladı

44 günlük müharibə zamanı Üçkilsədə (Eçmiədzin) yerləşən “Ximiki” hərbi hissəsində itkin düşmüş hərbçilərin valideynləri Baqramyan prospektini iki hissədən bağlayıb və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Tələbimiz yerinə yetirilməyənə qədər dağılmayacağıq. Bizim cəmi iki sualımız var – oğullarımızın taleyi və uzanan məhkəmə prosesi. Nə baş verdiyini bilmək istəyirik”, – onlar bildiriblər.

Aksiyaçılar qeyd ediblər ki, valideynlər beynəlxalq strukturlara və səfirliklərə müraciət etməyəcəklər, çünki onların suallarının ünvanı hazırkı hökumət və şəxsən Ermənistanın baş naziridir.

Etirazçılara İrəvan polis rəisi Sevan Köçəryan yaxınlaşıb və o, Hərbi Əks-kəşfiyyat İdarəsinin rəisi, polkovnik David Sanamyanla görüş təşkil etməyi təklif edib. Lakin valideynlər onunla əvvəlki görüşün uğursuz olduğunu deyərək bundan imtina ediblər. Onlar xüsusi olaraq Ermənistan hökumətinin başçısı ilə danışmağı tələb edirlər.

Teqlər: