Erməni hərbçiləri Dığda yenə mühəndis işlərinə başladı

Erməni hərbçiləri Dığda yenə mühəndis işlərinə başladı

Laçın rayonu istiqamətində, Dığ kəndi yaxınlığında 11 apreldə baş verən erməni təxribatından sonra Ermənistan ordusu bu gün mühəndis-istehkam işlərini davam etdirməyə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında Dığ kənd icmasının üzvü Aqram Avsepyan deyib.

O bildirib ki, mühəndis işləri məhz atışma baş verən ərazidə gedir.

Avsepyan həmçinin iddia edib ki, Ermənistan heç bir mövqe itkisi verməyib.

Teqlər: