Erməni hərbçilər Zəngəzurda qəzaya düşdülər

Erməni hərbçilər Zəngəzurda qəzaya düşdülər

Ermənistan ordusuna məxsus “UAZ” markalı avtomobil qəzaya uğrayıb.

AzerTimes erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Zəngəzur bölgəsində baş verib.

Hərbi maşın yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər yaralanıb.

Yaralıların Ermənistan ordusunun hərbi qulluqçusu olduğu bildirilir. Hadisə yerinə hərbi polis əməkdaşları cəlb edilib.

Teqlər: