Erməni hərbçilər qumar borcuna görə öldürülüb

Erməni hərbçilər qumar borcuna görə öldürülüb

Bir neçə gün öncə Ermənistan ordusunun Basarkeçərdə yerləşən mövqelərində iki zabitin qətlə yetirilməsinin təfərrüatı məlum olub.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan jurnalistlərə açıqlamasında deyib.

“İlkin məlumatlara görə, qətl qumar borcuna görə baş verib. Hazırda araşdırma aparılır”, – Sərkisyan bildirib.

Qeyd edək ki, yanvarın 9-da leytenant Mikael Danielyan və zabit Karen Karapetyanın Basarkeçərdə yerləşən mövqelərdə öldürüldükləri barədə məlumat yayılmışdı.

Teqlər: