Erməni generallar qəzaya düşdü

Erməni generallar qəzaya düşdü

Noyabrın 16-da İrəvanda böyük avtomobil qəzası baş verib.

AzerTimes Ordu.az-a istinadən xəbər verir ki, saat 13:00 radələrində köhnə Saralanc yolundan xalq arasında “Kukuriznik” kimi tanınan Teryan küçəsinə gedən hissədə “Toyota Land Kruiser” və Gürcüstan dövlət nömrə nişanlı “Toyota Kəmri” markalı avtomobillər toqquşub.

Məlumata görə, qəza nəticəsində 1 nəfər fiziki xəsarətlərlə 1 saylı universitet xəstəxanasına yerləşdirilib.

“Toyota Land Kruiser”in sürücüsü Qarabağdakı qanunsuz “hərbi birləşmənin keçmiş komandiri”, erməni general Levon Mnatsakanyan olub. Erməni general Samvel Oqanovski də hadisə yerində olub.

Patrul xidməti və istintaq şöbəsi sürücülərin və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.

Teqlər: