Erməni generalın həbs müddəti uzadıldı

Erməni generalın həbs müddəti uzadıldı

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sabiq baş katibi, Ermənistan ordusunun Baş Qərargahının sabiq rəhbəri, general-polkovnik Yuri Xaçaturovun oğlu, 3-cü ordu korpusunun sabiq komandiri general Qriqori Xaçaturovun həbs müddəti daha iki ay uzadılıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Növbəti məhkəmə iclası oktyabrın 18-i saat 15:00-da olacaq.

Qeyd edək ki, Paşinyan hakimiyyətə gələndən qısa müddət sonra Yuri Xaçaturovla insident yaranmışdı. Hətta KTMT baş katibi haqda Ermənistanda həbs qətimkan tədbiri də seçilmişdi. Rusiyanın təkidi ilə Y.Xaçaturov həbsdən azad edilsə və ölkədən çıxsa da, Paşinyan onun KTMT-dəki baş katib mandatını geri aldı.

Bu baxımdan Paşinyanın istefasını tələb edən 41 yüksək çinli zabitin sırasında Qriqori Xaçaturovun olması təsadüf deyildi. Xaçaturovlar Rusiyanın maraqlarının qatı təmsilçiləri sayılırlar və orduda da rusyönümlü qüvvələrin əsas dayaqlarından idilər.

Q.Xaçaturov 2020-ci ilin İyun savaşının birbaşa təşkilatçısı və icraçısı sayılır. Belə ki, Tovuza hücum əməliyyatına rəhbərlik edən şəxslərdən olub.

O, 2021-ci ildə, Paşinyanın istefasını tələb edəndən bir neçə ay sonra vəzifəsindən azad edildi və barəsində cinayət işi qaldırıldı. İki dəfə saxlanılsa da, istintaq müddətində azadlıqda qalmağı bacarmışdı. Bu ilin fevral ayında isə onun haqqında həbs qətimkan tədbiri seçilib.

Teqlər: