Ermənistan Baş Prokurorluğu Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyana qarşı yeni iş açıb.
AzerTimes xəbər verir ki, məlumatı erməni mediası yayıb.
O, 251 milyon dram (600 min ABŞ dolları) məbləğində çirkli pulların yuyulmasında ittiham olunur.
Qeyd edək ki, adıçəkilən general ötən ilin əvvəlindən əmlakını və külli miqdarda gəlirlərini gizlətməkdə, habelə qanunsuz yollarla varlanmaqda ittiham olunurdu.
Xatırladaq ki, Baqmanyan eyni zamanda 2018-ci ilin martından 2020-ci ilin dekabrına kimi KTMT-nin birgə qərargahının rəis müavini olub.