Erməni general-mayoru Moskvada saxlanıldı

Erməni general-mayoru Moskvada saxlanıldı

Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Miqran Poqosyan Moskvada saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a mənbələr məlumat verib.

Mənbənin sözlərinə görə, o, noyabrın 19-da saxlanılıb. Onun həbsi barədə artıq Ermənistan polisinə məlumat verilib. Poqosyan yaxın vaxtlarda Rusiyadan ekstradisiya olunacaq.

Eyni zamanda, vurğulanır ki, Rusiya daha əvvəl Poqosyanın Ermənistana göndərilməsi tələbindən imtina edib.

Xatırladaq ki, 2023-cü ilin mayında Ermənistanın keçmiş polis zabiti, parlamentin keçmiş deputatı Miqran Poqosyan kokain işi üzrə axtarışa verilib.

Teqlər: