Erməni filminin nümayişinə imkan verilmədi – Foto

Erməni filminin nümayişinə imkan verilmədi – Foto

“Hof 88” teatrının rəhbərliyi Niderland Krallığındakı Azərbaycan icmasindan üzr istədi.

AzerTimes xəbər verir ki, Niderlandda yaşayan Azərbaycan icması Almelo şəhərindəki “Hof 88” teatrında ermənilərin “45 gün: millət uğrunda mübarizə” sənədli filminin nümayişinin qarşısını alıb.

Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib ki, bu məqsədlə etiraz kampaniyasına başlayan soydaşlarımız bir həftə ərzində “Hof 88” teatrının elektron poçtuna məktublar göndəriblər.

Eyni zamanda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Ələkbər Mirhəşimli teatrın rəhbərliyi ilə əlaqə saxlayaraq, Azərbaycan icmasinin bu məsələ ilə bağlı narahatlıgını nəzərə çatdırıb:

“Bundan sonra teatr rəhbərliyi sənədli filmin afişasını https://www.hof88.nl/ saytının elanlar hissəsindən çıxarıb. Lakin Niderlanddakı erməni icmasının sosial şəbəkələrdə filmin təbliğatına başlaması Azərbaycan icmasının etiraz kampaniyasının daha da gücləndirilməsinə səbəb olub.

Bu dəfə artıq teatr rəhbərliyi sənədli filmin nümayişinin dayandırıldıgı barədə məlumat yayıb. Bu məlumat etirazçıların hər birinin elektron ünvanına da göndərilib”.

Teqlər: