Qazaxıstan Respublikasının səlahiyyətli orqanı Ermənistan Baş Prokurorluğunun vəsatətini təmin edib və axtarışda olan H.C.-ni ekstradisiya edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, H.C həqiqi hərbi xidmətdən yayınmaqda ittiham olunur.