Erməni faşizminin sübutu olan Park – Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Zəfər qazanmış bir çox ölkədə “hərbi qənimətlər parkı” mövcuddur.

AzerTimes-ın məlumatına görə, onlardan biri Vyanada yerləşən Hərbi Tarix muzeyidir. Sözügedən muzey 1850-ci ildə yaradılıb və ən qədim hərbi muzeylər sıransında dayanır. Burada bir çox ölkələrin qədim silah sursatları və o cümlədən, faşizm üzərində qələbə çaldıqdan sonra onlardan geri qalan qənimətlər saxlanılır.

Brusseldə yerləşən Kral müharibə muzeyində də 100 illər boyunca istehsal edilən, müharibələrdə iştirak edən eksponatlar saxlanılır. Belçikada yerləşən bu böyük muzey Avropada yaxşı qorunub-saxlanılan muzeylərdən biridir. Kral müharibəsi muzeyində də faşist hərbçilərin geyimləri, silahları qorunub saxlanılır. Şəhərə gələn turistlər, buranı böyük həvəslə ziyarət edir, yeni nəsil keçmişdə faşistlərin az qala bütün dünyaya qarşı hansı texnikalarla döyüşdüyünün şahidi olur.

Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi Hərbi Qənimətlər Pakı erməni faşistləri üzərində qazanılan qələbənin təsdiqidir. Qənimətlər Parkında maketi qoyulan erməni əsgəri, onun üzərində olan geyimi və texnikaları Azərbaycan ordusu tərəfindən qələbə qazanıldıqdan sonra qənimət olaraq götürülüb. Bu cür muzey və belə təcrübə ilk dəfə deyil. Yuxarıda qeyd olunduğu kimi, bu kimi muzeylər dünyanın bir çox ölkələrində hələ ötən əsrlərdən bəri yaradılıb.

AzerTimes-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Bakıda Hərbi Qənimətlər Parkının Ermənistanda və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə barışa bilməyən dairələrdə etiraz doğurması təbii qəbul olunmalıdır. Çünki Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini, bu ölkəyə uzun illərdən bəri təmənnasız verilən külli miqdarda hərbi texnikanın necə yararsız hala düşdüyünü, uzun illər boyu ətrafında “məğlubedilməzlik” mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə olduğunu ən incə detallarına kimi ortaya qoyur:

“Hərbi Qənimətlər Parkı uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlayan, mənəvi, siyasi, hərbi deqradasiyanın son həddinə yuvarlanmış Ermənistan ordusunun və işğalçı təfəkkürünün, həyat tərzinin aynasıdır. Azərbaycan bu parkı salmaqla ermənilərə öz gerçək simaları ilə tanış olmaq, işğalçı təfəkkürdən, nifrətdən uzaq durmaq üçün özlərini tanımaq və utanc hissi keçirmək imkanı yaradıb. Ermənilərin ağlasığmaz vəhşiliklərinin, misilsiz cinayətlərinin ən bariz nümunəsi isə işğaldan azad edilmiş Azərbaycan əraziləridir. Dünyanın istənilən sivil xalqı törədilən bu cinayətlərdən utanc hissi keçirər, Azərbaycan xalqından və bütün bəşəriyyətdən üzr istəyərdi”.

Teqlər: