Ötən gün naməlum şəraitdə ölən Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri Avaq Zakaryanı əsgər yoldaşı güllələyib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası öz mənbələrinə istinadla yazıb.
İddia edilib ki, əsgərlər arasında münaqişə olmayan, sadəcə, Zakaryan “ehtiyatsızlıq səbəbindən” güllələnib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır.