Ermənistan ordusunun əsgəri döyüş mövqeyində ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2003-cü il təvəllüdlü Arsen Manukyan bu gün səhər saatlarında başından aldığı güllə yarasından yerindəcə keçinib.
Olayın şərq istiqamətində baş verdiyi qeyd edilib.
Hadisənin təfərrüatı araşdırılır.