Erməni mediası bir əsgərin snayper tüfəngindən açılan atəşlə vurulduğunu yazıb.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə erməni mətbuatı çıxış edib.
Bildirilib ki, təcili yardım hadisə yerinə çatsa da, əsgərin həyatını xilas etmək mümkün olmayıb.
Əsgərin guya Azərbaycan snayperinin açdığı atəş nəticəsində vurulduğu iddia edilib.
Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.