Ermənistan ordusunun əsgəri ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.
Məlumata görə, hərbi hissədə düzülüş zamanı David Nersisyan adlı əsgər özünü pis hiss edib və huşunu itirib.
“Meyitə baxış keçirilən zaman üzərində heç bir zorakılıq əlamətinə rast gəlinməyib”, – məlumatda qeyd olunub.