İyulun 3-də saat 00:45 radələrində müqaviləli əsgər Sərkis Arturoviç Xaçatryan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə zonasında baş verib.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.