Erməni əsgər borca görə intihar edib

Erməni əsgər borca görə intihar edib

Mayın 7-də meyiti tapılan Ermənistan Müdafiə Nazirliyinin müqavilə ilə xidmət göstərən əsgəri Artak Seryojay Avalyanın intihar etdiyi deyilir.

AzerTimes xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Bildirilib ki, üç uşaq atası olan 39 yaşlı Avalyan borca düşdüyü üçün bu addımı atıb.

Qeyd edək ki, ötən gün Ermənistan ordusunun muzdlu əsgəri Avalyanın meyiti tapılıb. Onun güllə yarasından öldüyü bildirilib.

Teqlər: