Erməni mediası və ekspertləri azərbaycanlı idmançı Kamil Zeynallının Moskvadan qayıdarkən Domodedovo hava limanında saxlanılması ətrafında “şərhləri” davam etdirirlər.
AzerTimes xəbər verir ki, az öncə Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin prezidenti Siranuş Saakyan Kamil Zeynallının Azərbaycana qaytarılacağı halda Rusiyanın “müharibəyə sponsorluq etdiyinin üzə çıxacağı” iddiası ilə şantaja başlayıb.
O iddia edib ki, guya Kamil Zeynallı köməksiz erməni mülki şəxsi xüsusi amansızlıqla qətlə yetirib və bunu internetdə yayıb. Buna görə də Ermənistanda barəsində 4 maddə ilə cinayət işi açılaraq, beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, erməni mediasının yadığı görüntünün Kamil Zeynallıya aidiyyəti yoxdur və ümumiyyətlə onun Rusiyada saxlanılması qanunsuzdur. Digər tərəfdən, Kamil Zeynallı artıq azadlığa buraxılıb. Bu məlumatı erməni ekspertin bilməməsi isə çox qəribədir.
Diqqəti çəkən digər məqam isə Kamil Zeynallının hələ də Azərbaycana qayıtmamasıdır.