Erməni diplomat Rusiya XİN-ə çağırıldı

Erməni diplomat Rusiya XİN-ə çağırıldı

Ermənistanın Moskvadakı müvəqqəti işlər üzrə vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Ermənistanın mediasında Rusiyanın ünvanına yönələn iyrənc ifadələrin qəbuledilməz olduğu diplomatın nəzərinə çatdırılıb.

Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın İrəvandakı səfirinə “Birinci Kanal”da yayımlanan televiziya proqramına görə etiraz notası təqdim edib.

Teqlər: