“Ermənistan” blokundan olan müxalifətçi deputat Mger Saakyan və hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vladimir Vardanyan arasında baş verən əlbəyaxa davanın görüntüləri yayılıb.
AzerTimes Bakutv-yə istinadən xəbər verir ki, insident parlamentin Dövlət-hüquq məsələləri daimi komissiyasının qapalı iclasında baş verib.
Məlumata görə, Saakyan Vardanyandan səsini yüksəltməməsini tələb edib. “Kimə istəsəm qışqıraram, nə istəsəm, onu da edərəm”, – deyə Vardanyan cavab verib.
Nəticədə hər iki deputat yerlərindən sıçrayaraq bir-birilərinin üzərlərinə atılıblar və zərbələr endirməyə başlayıblar. Dava zamanı Vardanyan ciddi xəsarət alıb.
Hadisə yerinə dərhal polis gəlib və Saakyan dindirilmək üçün polis idarəsinə aparılıb.
Vardanyan xəstəxanaya göndərilib.