“Ermənistan” bloku fraksiyasının deputatları Sünikə (Zəngəzur) yola düşüblər.
AzerTimes xəbər verir ki, bu barədə sözügedən fraksiyadan olan deputat Aqnessa Xamoyan yerli mediaya açıqlamasında deyib.
O, başqa təfərrüatlar verə bilməyəcəyini söyləyib.
Qeyd edək ki, bu gün ermənilər Dığ kəndi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusuna qarşı təxribat törədiblər. Nəticədə 3 hərbçimiz şəhid olub.
Ordumuzun cavab zərbələri nəticəsində Ermənistan MN 4 əsgərinin öldüyünü, 6-nın yaralandığını bildirir. Erməni sosial şəbəkə istifadəçiləri isə onlarla itki verdiklərini qeyd edirlər.